Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > Küləkli hava nə vaxtadək davam edəcək? - PROQNOZ
Küləkli hava nə vaxtadək davam edəcək? - PROQNOZTarix: 25-07-2023, 10:44. Müəllif: admin2 |
![]() Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Geri Qayıt |