Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > Bu tarixədək rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Bu tarixədək rayonlara leysan yağacaq - XƏBƏRDARLIQTarix: 12-06-2023, 17:51. Müəllif: admin2 |
![]() İyunun 13-ü gündüz şimal-və qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Bu barədə KONKRET.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi-aran rayonlarında yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keşəcəyi gözlənilir. Geri Qayıt |