Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > On üçüncü günün duası - İmsak və iftar vaxtı
On üçüncü günün duası - İmsak və iftar vaxtıTarix: 4-04-2023, 08:21. Müəllif: admin2 |
![]() Ramazan ayının on üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dədir. İmsak duası: “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!” Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!” İftar duası: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!” Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!” Allah orucunuzu qəbul eləsin! Geri Qayıt |