Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > Bu telefonlarda “WhatsApp” işləməyəcək - Martın 1-dən
Bu telefonlarda “WhatsApp” işləməyəcək - Martın 1-dənTarix: 24-02-2023, 09:45. Müəllif: admin2 |
“WhatsApp” dünyada ən çox istifadə olunan tətbiqlərdən biridir. O, hər kəslə ünsiyyət qurmağa, sənəd, foto, video və s. göndərməyə imkan verir. Martın 1-dən etibarən kütləvi şəkildə işə salınacaq yeniləmə ilə “WhatsApp” bir sıra Android smartfonlarında, xüsusən də köhnə modellərdə fəaliyyətini dayandıracaq. “Meta”ya məxsus proqram sizin həmişəki kimi mesajları qəbul etməyə davam edə biləcəyinizi bildirsə də, ola bilər ki, günlərin birində siz artıq zənglərdən istifadə edə və ya sadəcə olaraq ehtiyat nüsxənizi bərpa edə bilməyəcəksiniz. Beləliklə də, martın 1-dən etibarən “WhatsApp”ın işləməyəcəyi smartfonların siyahısını təqdim edirik: Samsung Galaxy Trend Lite Samsung Galaxy Ace 2 Samsung Galaxy S3 Mini Samsung Galaxy Trend II Samsung Galaxy X Cover 2 LG Optimus L3 II Dual LG Optimus L5 II LG Optimus F5 LG Optimus L3 II LG Optimus L7 II LG Optimus L5 Dual LG Optimus L7 Dual LG Optimus F3 LG Optimus F3Q LG Optimus L2 II LG Optimus L4 II LG Optimus F6 LG Enact LG Lucid 2 LG Optimus F7 Huawei Ascend Mate Huawei Ascend G740 Huawei Ascend D2 iPhone 6S iPhone SE 6S iPhone Plus Sony Xperia M Lenovo A820 ZTE V956-UMI X2 ZTE Grand S Flex ZTE Grand Memo Fea F1THL W8 Vico Sink Five Vinco Darknight Archos 53 Platinum Qeyd edək ki, Android 4.1 və daha əvvəlki əməliyyat sistemi ilə çalışan bütün mobil telefonların tətbiqdən istifadəyə davam edə bilməyəcəyi bildirilir. Həmçinin, bu, iOS 12 və ya daha aşağı versiyalarla çalışan samrtfonlara da şamil edilir.//Oxu.az Geri Qayıt |