Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > Sabah rayonlara qar yağacaq - PROQNOZ
Sabah rayonlara qar yağacaq - PROQNOZTarix: 15-02-2023, 14:40. Müəllif: admin2 |
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq. Geri Qayıt |