Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?
Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?Tarix: 11-01-2023, 09:26. Müəllif: admin2 |
![]() Bakıda və Abşeron yarımadasında yanvarın 11-də bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Mobil telefonlardakı hava proqnozu tətbiqlərində qarın günorta 11-dək yağacağı göstərilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq. Geri Qayıt |