Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > SON DƏQİQƏ: İlham Əliyev bu şəxsi AZAL-ın rəhbərliyinə gətirdi - SƏRƏNCAM
SON DƏQİQƏ: İlham Əliyev bu şəxsi AZAL-ın rəhbərliyinə gətirdi - SƏRƏNCAMTarix: 5-11-2022, 13:33. Müəllif: admin2 |
"Azərbaycan Hava Yolları” QSC-a yeni birinci vitse-prezident təyin olunub. Samir Musa oğlu Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Bu təyinata qədər Samir Rzayev "Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib. Xatırladaq ki, bu yaxınlarda "Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilib. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olacaq. İndiyə qədər İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi. APA Geri Qayıt |