Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > Sabah bu ərazilərdə şimşək çaxacaq - Yağış yağacaq
Sabah bu ərazilərdə şimşək çaxacaq - Yağış yağacaqTarix: 25-07-2022, 13:07. Müəllif: admin2 |
Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq. Geri Qayıt |