Günəş şüaları altında satılan sular xərçəngə YOLUXMA RİSKİ yaradır

Günəş şüaları altında satılan sular xərçəngə YOLUXMA RİSKİ yaradır

Havaların isti keçməsi bəzi insanların səhhətində müəyyən problem yaradır. Günvurmadan qorunmaq, parlaq günəş altında az gəzmək, isti havalarda çoxlu maye qəbul etmək yayda həkimlərin ən çox tövsiyə etdiyi məqamlardır. İsti hava səhhətimizlə yanaşı, istehlak etdiyimiz məhsullara da təsir edir. Bu da insanın sağlamlığında ciddi fəsadlar yaradır. Yəqin küçələrdə plastik qablarda su satışına hər biriniz rast gəlirsiniz. Plastik qablar isə günəş şüalarından kimyəvi proseslərə uğramaqla suyun tərkibinə birbaşa təsir edir.

Mütəxəssislər hesab edir ki, istinin təsirindən plastik qabda “Bisfenol-A” maddəsi əmələ gəlir. Bu maddə də su ilə tez reaksiyaya girir. Beləcə günəş şüaları altında plasmas qablarda satılan sulardan xərçəng xəstəliyinə yoluxma riski çoxalır. Əgər hansısa alıcı xroniki və onkoloji xəstəlikdən əziyyət çəkirsə, o zaman onda xəstəlik daha da şiddətlənir. Bundan əlavə, gündəlik istifadə üçün 300-500 qramlıq suları almaq daha məsləhətdir. Çünki istehsal prosesində qablar azonla doldurulur. Plasmas qabın ağzı hər dəfə açılıb-bağlananda isə suyun tərkibi dəyişir. Ona görə də plasmas qablardan birdəfəlik istifadə etmək daha doğru olardı. Bu mənada şüşə qablarda satılan sular daha faydalı və təhlükəsizdir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib:

”Plastiklər dünyanın bəlasıdır. Lakin dünyada qloballaşma getdikcə, bazar inkişaf etdikcə, insanlar əsasən pul qazanmağı daha üstün tuturlar. Beləliklə, insan sağlamlığı arxa planda qalır. Plastik qablarda qablaşdırma arzuedilməzdir.

Xüsusən plastik qablarda qablaşdırılmış, qızmar günəş altında saxlanılan bu sular sağlamlığımıza mənfi fəsadlar yaradır. Həmin qablarda əzik və çat olarsa qabların tərkibində olan kimyəvi elementlər suyun tərkibinə təsir edir. İsti yay günlərində burada reaksiyalar daha tez baş verir və bütün bunlar da qəbuledilməzdir.

Təəssüflər olsun ki, suların küçələrdən yığışdırılması üçün heç bir təşəbbüs yoxdur. Bu işlərə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti biganəlik nümayiş etdirir. Təsadüfi deyil ki, həmin qablar üzərində plastik qabı zibil yeşiyinə atan şəkil var. Bu isə plastik qabların yığışdırılması deməkdir”.скачать dle 10.6фильмы бесплатно
12-07-2023, 13:20
Baxıs: 92
Reyting: