Tənbəlliyin müsbət tərəfləri də varmış - Ekspert AÇIQLADI

Tənbəlliyin müsbət tərəfləri də varmış - Ekspert AÇIQLADI

Tənbəllik yaradıcılıq və stressə müsbət təsir edir.

Bunu psixoloq Stanislav Samburski bildirib.

Onun fikrincə, tənbəl insanlar işlərini avtomatlaşdırmağa meyillidirlər. Onlar gündəlik işlərini daha sürətli və asan etmək yollarını tapırlar.

Mütəxəssis qeyd edib ki, istirahət zamanı beyin əvvəllər alınan məlumatları təhlil etməyə və onu yeni ideyalarda birləşdirməyə başlayır.

“Tənbəllik stress səviyyəsini azaldır və sağlamlığı yaxşılaşdırır. Daim məşğul olan və sonsuz sayda işi həll edən insanlar gərginlik içərisindədirlər. Belə ki, onlar yuxu problemi, çətin vəziyyətlərdə isə ciddi psixoloji pozğunluqlar yaşayırlar. Təbii ki, söhbət daimi işsizlikdən getmir, amma insan özünə tənbəllik etmək və sadə işlərlə məşğul olmaq üçün vaxt verəndə enerjisini bərpa edir”, – o deyib.

Psixoloq xəbərdarlıq edib ki, hər şey ölçülü olmalıdır:

“Tənbəl görünməkdən qorxmayın, gecə-gündüz məşğul olmaqdan və bununla da bədəninizi yormaqdan qorxun”.скачать dle 10.6фильмы бесплатно
29-01-2024, 08:58
Baxıs: 1 997
Reyting: