"Bakcell" Ağalı kəndində mağaza açdı - FOTO

"Bakcell" Ağalı kəndində mağaza açdı - FOTO

Mayın 19-dan Zəngilan rayonunun Ağalı kəndində yeni “Bakcell” mağazası fəaliyyətə başlayıb.

Yeni “Bakcell” mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir. Mağazanın açılışında “Bakcell” şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib.

Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. “Ağıllı kənd”in gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib.

“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” şirkəti hazırda “Bakcell” ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.скачать dle 10.6фильмы бесплатно
24-05-2023, 13:28
Baxıs: 128
Reyting: