Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 16-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
Bu barədə Xidmətdən məlumat verilib.
Şahdağda 2 sm, Qrızda 1 sm, Lerik, Daşkəsən və Gədəbəy rayonlarının dağlıq ərazilərində qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 35.0 mm (aylıq normanın 77%-i), Astarada 35.0 mm (aylıq normanın 69%-i), Lerikdə 21.0 mm, Yardımlıda 17.0 mm (aylıq normanın 28%-i), Kürdəmirdə 15.0 mm (aylıq normanın 39%-i), Qəbələ, Oğuzda 13.0 mm, Goranboyda 12.0 mm, Göyçayda 10.0 mm, Bərdə, Ağdamda 9.0 mm, Zərdab, Göygöldə 8.0 mm, Şəki, Qrız, Biləsuvarda 7.0 mm, Şahdağ, Mingəçevir, Neftçala, İsmayıllıda 6.0 mm, Gəncə, Yevlax, Gədəbəydə 5.0 mm, Naftalan, Ordubad, Şamaxı, Sabirabad, Altıağacda 4.0 mm, Xaltan, Beyləqan, İmişli, Cəfərxan, Daşkəsəndə 3.0 mm, Tərtər, Şahbuzda 2.0 mm, Naxçıvan, Ağstafa, Balakən, Zaqatala, Qobustan, Quba, Qusar, Şabranda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Mayın 15-də şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb.
Ordubad, Naftalan, Gəncə, Şəmkir, Qax, Şamaxı, Şəki, Qrız, Göyçay, Biləsuvar, Lerikdə müşahidə olunub, dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Mayın 15-də iqlim normasından 3.0° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14° isti, Naxçıvanda 5-10° isti, dağlıq rayonlarda 3-6° isti, yüksək dağlıq rayonlarda 4°-dək şaxta, aran rayonlarında 12°-dək isti olub.
скачать dle 10.6фильмы бесплатно