Seninem.Az > Kriminal / Sosial / Manşet Yuxarı > SUMQAYITDA QADINI MAŞIN VURARAQ ÖLDÜRÜB

SUMQAYITDA QADINI MAŞIN VURARAQ ÖLDÜRÜB


Tarix: 30-09-2018, 13:55. Müəllif: admin
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, 1959-cu il təvəllüdlü yerli sakin İbrahimova Sevil Əhmədağa qızı şəhərin 17-ci mikrorayonu ərazisində yolu qaçaraq keçərkən "RAV4" markalı "10-LU-121" dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Hadisəni törədən sürücü Elçin Allahverdiyev məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt