Seninem.Az > Kriminal / Manşet Yuxarı > Ağcabədidə dəhşətli yol qəzası

Ağcabədidə dəhşətli yol qəzası


Tarix: 29-09-2018, 19:34. Müəllif: admin
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Leqal.info” “Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.

“Belarus” markalı traktorla “VAZ-2107” markalı avtomobil toqquşması nəticəsində minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt