Seninem.Az > Kriminal > Bakıda metroda sevgilisini bıçaqlayan şəxs tutuldu
Bakıda metroda sevgilisini bıçaqlayan şəxs tutulduTarix: 5-09-2018, 11:56. Müəllif: admin |
Bakıda metroda qadını bıçaqlayan şəxs saxlanılıb. Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakı Metropoliteninin "Nəsimi" stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızını bıçaqlayan 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu şübhəli şəxs qismində saxlanılıb. Məlumatda bildirilir ki V.Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Xatırladaq ki, sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında 1972-ci il təvəllüdlü Quliyeva Elnarə Baloğlan qızı naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb. Həmin şəxs polislərin hadisə yerinə gəldiyini görərək hadisə yerindən qaçmağa cəhd edib. Geri Qayıt |