Seninem.Az > Kriminal / Manşet Yuxarı > Arazda batan İmişli sakininin cəsədi tapılıb
Arazda batan İmişli sakininin cəsədi tapılıbTarix: 17-06-2018, 09:49. Müəllif: admin |
Araz çayında batdığı ehtimal olunan şəxsin cəsədi tapılıb. 16.06.2018-ci il tarixində Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb. N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Geri Qayıt |