Seninem.Az > Kriminal > Fransada Roma Şəkinskiyə qarşı sui-qəsdin

Fransada Roma Şəkinskiyə qarşı sui-qəsdin


Tarix: 30-03-2018, 22:24. Müəllif: admin
Fransada azərbaycanlı siyasi mühacir Rəhim Namazova edilmiş silahı hücum, 22 il məhbus həyatından sonra Türkiyədə yaşayan qanuni oğru Nadir Səlifovun (Lotu Quli) ünvanına səsləndirilmiş təhqirlərlə əlaqədar ola bilər.

Bu haqda Oxu.Az-a kriminal dairələrə yaxın olan mənbələrdən məlumat daxil olub.

Fransanın “Francetvinfo” nəşri xəbər verir ki, cümə günü səhər saatlarında Tuluza şəhəri yaxınlığında yerləşən Kolomye rayonunda naməlum şəxslər Namazovun avtomobilini güllələyib.

Hücum zamanı avtomobildə ondan başqa həyat yoldaşı da olub. Qadın başından aldığı güllə yarasında dünyasını dəyişib, Namazov isə xəstəxanaya yerləşdirilib. Silahlılar hadisə yerindən qaçıb.

Məlum olduğu kimi, Namazov Azərbaycanda orduda baş verən hadisələr barədə informasiya yaydığına görə məsuliyyətə cəlb olunmuşdu. Azad olunduqdan sonra o Fransaya köçüb.

Bu bir il ərzində Namazova qarşı ikinci sui-qəsd cəhdi olub.

Mart ayının ortalarında kriminal aləmdə “Roma Şəkinski” adı ilə tanınan Namazov, “YouTube” portalında video müraciət yayaraq, Nadir Səlifovun (Lotu Qulinin) ünvanına təhqirlər yağdırmışdı.

Namazova qarşı sui-qəsdə cəhdin motivləri dəqiq məlum olmasa da, onun həmin videoda Lotu Qulu həyatına təhdid etməsi diqqət çəkən məqamlardandır.

Roma Şəkinski Namazov hər zaman Çeçen kriminal avtoritet Həmzət Qastamirov (Şeyx Həmzət), Rövşən Lənkəranskinin klanı, onun yaxın qohumu Zaur Əliyev (Zayka) və qanuni-oğru Əli Heydərovun (Albert Rıjıy) tərəfində olacağını bildirib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt