Seninem.Az > Kriminal > Goranboyda “VAZ” aşıb, sürücü xəsarət alıb
Goranboyda “VAZ” aşıb, sürücü xəsarət alıbTarix: 27-03-2018, 23:39. Müəllif: admin |
|
Goranboyda hərəkətdə olan avtomobil aşıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd yolunda baş verib. Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində, sürücü 1996-cı il təvəllüdlü Əli Əliyev xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Geri Qayıt |