Seninem.Az > Kriminal / Sosial > Bakıda məcburi köçkünlərə qarşı dələduzluq edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda məcburi köçkünlərə qarşı dələduzluq edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb


Tarix: 20-03-2018, 10:15. Müəllif: admin
Bakı Apellyasiya Məhkəməsində paytaxtda məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttiham aktına əsasən, R.Rəhimov və Ş.İsmayılov Abşeron qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan bir neçə vətəndaşa ev satacaqlarını vəd verərək onlara qarşı dələduzluq ediblər.

Belə ki, hər iki şəxs Zülfiyyə Hüseynovanın etibarından sui-istifadə edərək 5 400, Etibar Əliyevin 4 000, Tehran Məmmədovun 6 000, Bəxtiyar Əzizovun 4 000, Nazilə Ağayevanın 2 000, Səyyarə Çələbiyevanın 6 000, Sevil Emilovanın 7000, Səməd Əbilovun 3 500, Kəmalə Quliyevanın 16 000, Ləman Əliyevanın 15 000, Şahin Abdullayevin 8 030, Rafiq Cəfərovun 13 600, Cabir Məmmədovun 8 000 və Ceyhun Qurbanovun isə 45 000 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

R.Rəhimov və Ş.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimov 10 il, Şəfayət İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, təqsirləndirilən şəxsin hər ikisi də məcburi köçkündür.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt