Seninem.Az > Kriminal > Lənkəranda həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Lənkəranda həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib


Tarix: 19-03-2018, 23:54. Müəllif: admin
Şirvan Apellyasiya Məhkəməsində Lənkəran rayonunda həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə Əliyev Rüfət Akif oğlunun apellyasiya şikayətinə baxılıb. Bundan əvvəl məhkəmə R.Əliyevə psixiatrik ekspertiza təyin edilməsi barədə qərar qəbul edib və ekspertizanın rəyi məlum olana qədər məhkəmə prosesi təxirə salınıb. Əldə olunan ekspertizanın nəticələrinə görə, təqsirləndirilən şəxs anlaqlı olduğu müəyyən edilib və apellyasiya şikayətinə baxılması üçün məhkəmə prosesi davam etdirilib. Apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci ilin mart ayında Lənkəran rayonunun Səpnəkəran kəndində, həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Əliyev Rüfət Akif oğlu həyat yoldaşı, orta məktəb müəlliməsi, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızını bellə vurub öldürdükdən sonra hadisə yerindən qaçıb. Sonradan o, saxlanılaraq istintaqa təhvil verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Əliyev Cinayət Məcəlləsinin 120.2.4 maddəsi ilə ittiham olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt