Seninem.Az > Kriminal / Manşet Yuxarı > Gəncə yol polisi rəisinin nöqsanlara görə işdən çıxarıldığı rəsmən təsdiqlənib

Gəncə yol polisi rəisinin nöqsanlara görə işdən çıxarıldığı rəsmən təsdiqlənib


Tarix: 22-02-2018, 11:51. Müəllif: admin
Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt