Seninem.Az > Kriminal / Video / Manşet Yuxarı > Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub

Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub


Tarix: 17-02-2018, 14:37. Müəllif: admin
Bakıda öldürülən qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ. Qorlova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt