Seninem.Az > Kriminal / Manşet Yuxarı > Avtomobil Yolları Dövlət Agentliyinin işçisi yol tikintisi zamanı yük maşınının altında qalaraq ölüb
Avtomobil Yolları Dövlət Agentliyinin işçisi yol tikintisi zamanı yük maşınının altında qalaraq ölübTarix: 2-02-2018, 19:06. Müəllif: admin |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib. Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb. Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Leqal.info Geri Qayıt |