Seninem.Az > Kriminal > Bakıda ana və azyaşlı oğlunu maşın vurub
Bakıda ana və azyaşlı oğlunu maşın vurubTarix: 16-12-2017, 12:17. Müəllif: admin |
Bakıda ana və azyaşlı oğlunu maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. Leqal.info Geri Qayıt |