Seninem.Az > Kriminal > DTX valyuta qaçaqmalçılığında şübhəli bilinən şəxsləri saxlayıb, onlardan 71 min dollar götürülüb

DTX valyuta qaçaqmalçılığında şübhəli bilinən şəxsləri saxlayıb, onlardan 71 min dollar götürülüb


Tarix: 25-10-2017, 18:42. Müəllif: admin
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində, qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılıblar.

DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, keçirilmiş baxışlar nəticəsində onlardan 71 min 500 ABŞ dolları, 6 min 500 rubl və 4 min 361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt