Seninem.Az > Kriminal / İdman > İdman klubunun prezidenti kafedə başından vuruldu

İdman klubunun prezidenti kafedə başından vuruldu


Tarix: 3-09-2025, 13:02. Müəllif: admin2
Türkiyənin İstanbul şəhərinin Çekmeköy rayonunda Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç kafedə matçla bağlı xəbərləri izləyərkən silahlı hücuma məruz qalıb.İdman klubunun prezidenti kafedə başından vurulduİdman klubunun prezidenti kafedə başından vuruldu

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə İHA yazıb.

İddiaya görə, 49 yaşlı Tuncay Meriç kafedə oturduğu zaman borc mübahisəsi zəminində bir şəxs tərəfindən başından güllələnib.

Hücum edən şəxs hadisə yerindən qaçıb, Meriç isə təcili yardımla xəstəxanaya çatdırılıb. Lakin bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis şübhəlinin saxlanılması istiqamətində tədbirləri davam etdirir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt