Seninem.Az > Kriminal > Azərbaycanda selin təsirindən içərisində 2 nəfər olan avtomobil çaya düşərək batdı - VİDEO

Azərbaycanda selin təsirindən içərisində 2 nəfər olan avtomobil çaya düşərək batdı - VİDEO


Tarix: 12-06-2024, 17:33. Müəllif: admin2
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.



FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.



Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış “VAZ-2106” markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt