Seninem.Az > Kriminal > Bakıda ərini boyunbağı ilə boğaraq öldürən qadın şikayətçidir

Bakıda ərini boyunbağı ilə boğaraq öldürən qadın şikayətçidir


Tarix: 10-06-2024, 19:00. Müəllif: admin2
Bakıda ərini öldürməkdə təqsirləndirilən İnessa İsmayılovanın barəsindəki məhkəmə qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 11-nə təyin edilib.



Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qadının şikayətini təmin etməyib.


Qeyd: 2021-ci il mayın 9-da paytaxtın Səbail rayonunda Rusiya vətəndaşı İnessa Vladimirovna İsmayılova, həyat yoldaşı 1952-ci il təvəllüdlü Rəşid Axundovu boğaraq qətlə yetirib. Belə ki, qadın evdə ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla onu boğaraq öldürüb. İnnesa İsmayılova barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Kamal Məmmədovскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt