Seninem.Az > Kriminal > "Koroğlu" metrostansiyasında halı pisləşən sərnişin öldü
"Koroğlu" metrostansiyasında halı pisləşən sərnişin öldüTarix: 10-06-2024, 18:41. Müəllif: admin2 |
|
Qatardan düşərək "Koroğlu" metrostansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb. Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaşı olduğu təxmin edilən sərnişin az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib. Geri Qayıt |