Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Qaradağda ağır qəza: Ana və oğlu xəsarət aldılar
Qaradağda ağır qəza: Ana və oğlu xəsarət aldılarTarix: 22-09-2023, 08:18. Müəllif: admin2 |
|
Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, ana və oğlu xəsarət alıblar. Ələt magistral yolunun Qaradağ rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1991-ci il təvəllüdlü Nabat Hafiz qızı Paşayeva və onun övladı 2010-cu il təvəllüdlü Yusif Elvin oğlu Paşayev xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ananın vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır. Geri Qayıt |