Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Mingəçevirdə ağır qəza - 1 ölü, 3 yaralı
Mingəçevirdə ağır qəza - 1 ölü, 3 yaralıTarix: 15-09-2023, 09:10. Müəllif: admin2 |
|
Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində “Lexus” markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, nəticədə avtomobildəki sərnişin 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır. Geri Qayıt |