Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Füzulidə ağır qəza: İki ölü, beş yaralı
Füzulidə ağır qəza: İki ölü, beş yaralıTarix: 13-09-2023, 10:34. Müəllif: admin2 |
|
Ötən gecə Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 21 radələrində Şaiq Hiday oğlu Həsənov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Füzuli rayonu Qayıdış-5 qəsəbəsi ərazisində qəza törədib. Belə ki, avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Ş.Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Fizuli Ceyhun oğlu Məmmədov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Abid Elşən oğlu Məmmədov, 2002-ci il təvəllüdlü Rəhim Arzuman oğlu Zamanov, 2001-ci il təvəllüdlü Cavanşir Rauf oğlu Aslanov, 2002-ci il təvəllüdlü Rövşən Xaləddin oğlu Əhmədov və 2000-ci il təvəllüdlü Elnur İlqar oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Geri Qayıt |