Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Ər arvadını və digər qadını bıçaqladı
Ər arvadını və digər qadını bıçaqladıTarix: 13-09-2023, 09:06. Müəllif: admin2 |
|
Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri, 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri Qayıt |