Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edildi

Polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edildi


Tarix: 11-08-2023, 10:30. Müəllif: admin2
Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.

Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən soyğunçular zərərsizləşdirilib.

Bu zaman soyğunçulardan biri özünə bıçaqla xəsarət yetirib və daha sonra polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Hadisənin təfərrüatı araşdırılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt