Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Lənkəranda diş həkimi BIÇAQLANDI
Lənkəranda diş həkimi BIÇAQLANDITarix: 9-06-2023, 10:41. Müəllif: admin2 |
![]() Lənkəranda diş həkimi bıçaqlanıb. Hadisə şəhər ərazisində baş verib. Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi, 1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb. Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır. Geri Qayıt |