Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Bakıda şadlıq evində dava - Bıçaqlanan var
Bakıda şadlıq evində dava - Bıçaqlanan varTarix: 27-04-2023, 11:49. Müəllif: admin2 |
![]() Ötən gecə saat 23 radələrində Binəqədi rayonunda yerləşən “White Palace” şadlıq evində keçirilən məclis zamanı dava-dalaş olub. 2006-cı il təvəllüdlü S.P. 2005-ci il təvəllüdlü H.X-ya döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.P saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib. Hadisə zaman hər iki şəxsin spirtli içkinin təsiri altında olması bildirilir. Hazırda Binəqədi RPİ-də araşdırma aparılır. Geri Qayıt |