Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Sumqayıtda mağaza YANDI
Sumqayıtda mağaza YANDITarix: 19-04-2023, 09:36. Müəllif: admin2 |
![]() Sumqayıt şəhərində mağaza yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 150 m² olan dəmir konstruksiyalardan ibarət talvar tipli mağazanın içərisində 130 m² sahəyə yığılan plastik və taxta taralar yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Geri Qayıt |