Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Ana üç uşağını 9-cu mərtəbədən ATDI
Ana üç uşağını 9-cu mərtəbədən ATDITarix: 4-04-2023, 09:25. Müəllif: admin2 |
![]() Özbəkistanın paytaxtı Daşkənddə 27 yaşlı qadın əvvəlcə 3 azyaşlı uşağını daha sonra isə özünü 9 mərtəbəli binanın pəncərəsindən atıb. Özbəkistanda hadisə aprelin 3-ü axşam saatlarında baş verib. Məlumata görə, qadın yaşadığı binanın 9-cu mərtəbəsində 3 uşağını pəncərənin qarşısına gətirərək bir-bir yerə atıb. Hadisə nəticəsində ana, 4 və 5 yaşlı iki oğlu, eləcə də bir yaşlı qızı dünyasını dəyişib. Özbəkistanın Baş Prokurorluğu məlumatı təsdiqləyib. Hadisənin səbəbləri araşdırılır. Hadisə yerindən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb. Geri Qayıt |