Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Bakıda avtomobil aşdı: Ölən var

Bakıda avtomobil aşdı: Ölən var


Tarix: 31-03-2023, 11:32. Müəllif: admin2
Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobildə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hazırda qəzanın dəqiq səbəbləri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt