Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > DYP ağır yol qəzası ilə bağlı məlumat yaydı
DYP ağır yol qəzası ilə bağlı məlumat yaydıTarix: 28-03-2023, 11:00. Müəllif: admin2 |
Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunda 2 nəfərin öldüyü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. İdarənin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO”‘ markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. Geri Qayıt |