Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Bakıda qadın gecə klubunda bıçaqlandı
Bakıda qadın gecə klubunda bıçaqlandıTarix: 10-03-2023, 13:13. Müəllif: admin2 |
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb. Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.//APA Geri Qayıt |