Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Metroda cibgirlik edən şəxs SAXLANILDI

Metroda cibgirlik edən şəxs SAXLANILDI


Tarix: 9-03-2023, 11:25. Müəllif: admin2
Metroda cibgirlik edən şəxs SAXLANILDI

İctimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Metropolitendə Polis İdarəsinə ayrı-ayrı vaxtlarda qatarda iki sərnişinin mobil telefonlarının cibgirlik yolu ilə talanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Əli İsayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt