Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Bakıda kişi sevgilisini otelin altıncı mərtəbəsindən atdı
Bakıda kişi sevgilisini otelin altıncı mərtəbəsindən atdıTarix: 17-02-2023, 12:26. Müəllif: admin2 |
![]() Bakıda hoteldə qadın altıncı mərtəbədən yerə atılıb. Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub. Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır. Geri Qayıt |