Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Qəbələdə 3 maşın toqquşdu: Polis xəsarət aldı
Qəbələdə 3 maşın toqquşdu: Polis xəsarət aldıTarix: 6-02-2023, 15:21. Müəllif: admin2 |
Qəbələdə zəncirvari qəza olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü – M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qeyd olunub ki, Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.//APA Geri Qayıt |