Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Azərbaycanda DƏHŞƏT: ər və arvad dəm qazından öldü
Azərbaycanda DƏHŞƏT: ər və arvad dəm qazından öldüTarix: 27-01-2023, 11:27. Müəllif: admin2 |
Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb. Hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək keçiniblər. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Geri Qayıt |