Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Ər arvadının başını, özününsə damarını kəsib öldürdü - Bakıda DƏHŞƏT
Ər arvadının başını, özününsə damarını kəsib öldürdü - Bakıda DƏHŞƏTTarix: 30-12-2022, 11:40. Müəllif: admin2 |
![]() Bakıda ər arvadının başını kəsib intihar edib. Hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə ərazisində kirayədə yaşayan 1970-ci il təvəllüdlü Ələsgərov Elxan Qəzənfər oğlu yaşadığı evdə həyat yoldaşı Əsədova Mahirə Mirzə qızının boğazını kəsərək qətlə yetirib. Daha sonra o özünün bilək nayihəsini doğrayaraq intihar edib. Hər iki şəxsin meyiti evdən aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Geri Qayıt |