Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Polis polkovnik-leytenantı faciəvi şəkildə ÖLDÜ
Polis polkovnik-leytenantı faciəvi şəkildə ÖLDÜTarix: 27-12-2022, 11:25. Müəllif: admin2 |
Dekabrın 25-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində baş vermiş ağır qəzada xəsarət alan sürücü Qabil İsmayılov xəstəxanada vəfat edib. “Honda” markalı avtomobillə toqquşan “BMW”ni idarə edən Q.İsmayılov polis polkovnik-leytenantı olub. O, daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb. Hadisə nəticəsində “Honda” markalı avtomobildə ölən sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub. Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Geri Qayıt |