Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > "BakuBus"ın sürücüsü piyadanı vuraraq QAÇDI

"BakuBus"ın sürücüsü piyadanı vuraraq QAÇDI


Tarix: 10-11-2022, 09:53. Müəllif: admin2
"BakuBus"ın sürücüsü piyadanı vuraraq QAÇDI

"BakuBus" MMC-nin sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb.

Hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi "BakuBus" MMC-yə məxsus "BMC" markalı 141 nömrəli marşurut avtobusu ilə hərəkətdə olarkən piyada yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı Yasamal Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Reportскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt