Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Azərbaycanda qətl - tanışını bıçaqlayaraq öldürdü
Azərbaycanda qətl - tanışını bıçaqlayaraq öldürdüTarix: 27-08-2022, 15:57. Müəllif: admin2 |
Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Bu barədə Manset.az-a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib. Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Geri Qayıt |