Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Bakıda baş verən yanğının söndürülməsinə 10-dan artıq texnika cəlb olundu - YENİLƏNDİ
Bakıda baş verən yanğının söndürülməsinə 10-dan artıq texnika cəlb olundu - YENİLƏNDİTarix: 18-08-2022, 16:19. Müəllif: admin2 |
Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospekti yaxınlığında məişət tullantıları sahəsi və anbarda baş verən yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 10-dan artıq yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da hadisə yerindədir. APA 14:32 Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Manset.az Geri Qayıt |